“Keşlə”dən divizion klubuna 3 qol

Milli komandanın oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan “Keşlə” bu gün yoxlama matçı keçirib.

Komanda.az xəbər verir ki, sözügedən kollektiv bu gün 1-ci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.

“ASK Arena”da keçirilən oyunda qapılara dörd qol vurulub. Qarşılaşma elita təmsilçisinin inamlı qələbəsiylə başa çatıb. “Keşlə”yə qələbə qazandıran qolları Tərlan Quliyev, Amil Yunanov və Slavik Alxasov rəqib qapısından keçirib.

Yoxlama oyunu

23 mart

Keşlə – Qaradağ Lökbatan 3:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button