“Keşlə”dən ayrılan futbolçu Türkiyə klubunda
“Keşlə”ylə yollarını ayıran Georgios Georgiadis karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 1-ci liqa təmsilçisi “Elazığspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Georgiadislə mövsümün sonuna qədər müqavilə imzalanıb. “Elazığspor” yunan futbolçudan başqa, 17 oyunçuyla da razılaşıb.
2018-ci ilin yayında “Keşlə”yə keçən Georgiadis, bu mövsüm Bakı təmsilçisiylə 7 qarşılaşmada iştirak edərək, 1 qol vurub. “Keşlə” yunan futbolçuyla qış transfer pəncərəsi dövründə yollarını ayımışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin