“Keşlə”də yeni hücumçu – “Zirə”dən ayrılan futbolçu bəyənilmədi
“Keşlə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Bakı təmsilçisi “Səbail”dən ayrılan Amil Yunanovla razılıq əldə edib. Bu barədə “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Komanda.az-a müsahibəsində deyib. Qurbanov, azərbaycanlı hücumçunu heyətlərinə qatdıqlarını və bununla da, daha transfer etməyəcəklərini bildirib.
“Zirə”dən ayrılan və “Keşlə”yə baxışa dəvət olunan hücumçu Fakundo Melivilo ilə isə müqavilə imzalanmayıb. Komandanın məşqçilər heyəti argentinalı futbolçunun oyununu bəyənməyib.
“Keşlə” bundan əvvəl “Neftçi”dən Rəhman Hacıyevlə Turan Vəlizadə, “Qəbələ”dən ayrılan Merab Qiqauri və Şimali Makedoniyanın “Pelister” klubundan portuqaliyalı hücumçu Aldair Sapalo Amaro Neto ilə seneqallı vinger Omar Qudiabi ilə müqavilə bağlayıb.
“Keşlə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun iyulun 22-də Rusiyada olacaq. Cavab matçı bir həftə sonra Bakıda keçiriləcək.
Bizi Facebook-da izləyin