Türkiyə klubu azərbaycanlı futbolçunun keçidini rəsmən açıqladı

“Keşlə” ilə yollarını ayıran Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.

Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Keçiörengücü” klubu ilə müqavilə imzalayıb. Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Türkiyə klubu Vüsalla 3 illik sözləşmə imzalayıb.

2019-cu ildən “Keşlə”də çıxış edən Vüsal Azərbaycan milli komandası ilə də 3 oyuna çıxıb.

“Keçiörengücü” Türkiyənin 1-ci liqasında mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button