“Keşlə” məğlub oldu
Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün üçüncü yoxlama matçına çıxıb.
Komanda.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı paytaxt klubu Qazaxıstan təmsilçisi “Atırau” ilə qarşılaşıb. “Keşlə” rəqibinə 1:3 hesabıyla məğlub olub. Paytaxt təmsilçisinin yeganə qolunu Nikola Mitroviç imza atıb.
“Atırau” Qazaxıstan Premyer Liqasını 33 oyuna topladığı 36 xalla 9-cu pillədə başa vurub.
Əvvəlki yoxlama oyunlarında Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edən “Keşlə” Serbiyanın “Dinamo” (Vranye) komandasına uduzub – 0:2.
Yoxlama oyunu
23 yanvar
17:00. Keşlə – Atırau (Qazaxıstan) 1:3
Qol: Nikola Mitroviç, 5
Side, “Starlight Resort Hotel”in futbol meydanı
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin