“Keşlə” 2 dəqiqəyə görə 800 manat cərimə olundu
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 9-cu turunun “Keşlə” – “Qəbələ” matçı “Keşlə” klubuna görə 2 dəqiqə gec başladığı üçün meydan sahibləri 800 manat cərimə olunur.
Birinci divizionun 8-ci turunun “Ağsu” – “Sumqayıt” matçının 90+6-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 8-ci turunun “Sabah” – “Keşlə” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Birinci divizionun 8-ci turunun “Zaqatala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 71-ci dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Ayxan Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun 90-cı dəqiqəsində “Zaqatala” klubunun futbolçusu Səid İbadov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 8-ci turunun “Zirə” – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Zirə” klubunun futbolçusu Elçin Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Bizi Facebook-da izləyin