Kerjakov “Sabah”ın “sükanı arxasına” keçə bilər

Aleksandr Kerjakov “Sabah”ın “sükanı arxasına” keçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport-Express” nəşri məlumat yayıb.

Məlumatda bildirilib ki, 41 yaşlı mütəxəssis “Sabah”la danışıqlar aparır. Onunla həmçinin Özbəkistanın bir klubu da maraqlanır. Rusiyalı məşqçi özü bir müddət əvvəl ölkə xaricindən bir klubla danışıq apardığını təsdiqləmişdi.

Kerjakovun son klubu 2023-cü ilin noyabrında ayrıldığı Serbiya “Spartak”ı olub. O, daha əvvəl “Tom”, “Nijni Novqorod”, “Karmiotissa”da və Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında fəaliyyət göstərib.

“Sabah” Murad Musayevin istefa verməsindən sonra baş məşqçisiz qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button