“Real” Arrisabalaqa ilə bağlı qərarını dəyişməyi düşünür
İspaniyalı qapıçı Kepa Arrisabalaqa “Real”da qala bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ukraynalı qolkiper Andrey Luninin ayrılması ehtimalı səbəbindən Madrid klubu Kepa ilə əməkdaşlığı uzatmağı düşünür. Lunin Tibo Kurtuanın kölgəsində qalmaq istəmir və komandasını dəyişmək niyyətindədir. Onunla “Mançester Yunayted” maraqlanır.
29 yaşlı Arrisabalaqa ötən mövsüm icarə əsasında “kral klubu”nda çıxış edib. Onun müqaviləsi “Çelsi”yə məxsusdur.
Arrisabalaqa İspaniya çempionatında ötən mövsüm 14 oyun keçirib və 9 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin