Arrisabalaqanın yeni klubu müəyyənləşib

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa karyerasını “Bornmut”da davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu cari mövsümü Premyer Liqa klubunun heyətində icarə əsasında keçirəcək. Eyni zamanda, onun “zadəganlar”la müqaviləsini 2026-cı ilin yayına qədər uzatdığı bildirilir. Əvvəlki müqavilə bu mövsümün sonuna qədər qüvvədə idi.

29 yaşlı qolkiper son mövsümdə “Real”da icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 20 oyunda iştirak edib, 18 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button