
Dünya rekordçusu evində ölü tapıldı
Keniyalı atlet Aqnes Tirop vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Keniya Atletika Federasiyasının rəsmi saytı məlumat yayıb. 26 yaşlı idmançı evində ölü tapılıb.
Aqnesin ölüm səbəbi məlum deyil. İlkin ehtimala görə, onu həyat yoldaşı öldürüb.
Aqnes Tirop 2017 və 2019-cu il dünya çempionatlarında bürünc medal qazanıb. O, sentyabrda Almaniyadakı turnirdə 10 min metr məsafəyə 30 dəqiqə 1 saniyəyə qaçaraq, dünya rekordu qırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin