
“Muaninin haqqımda belə sözlər deməsinə inana bilmirəm” – Türk futbolçu
“Yuventus”un hücumçusu Kənan Yıldız komanda yoldaşı Randal Kolo Muaninin ona ünvanladığı təriflərə münasibət bildirib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, türk futbolçu bunun inanılmaz olduğunu deyib:
“Randal məni sehrbaz adlandırıb? Bu, inanılmazdır. Onun haqqımda belə sözlər deməsinə inana bilmirəm. Cəmi iki-üç il əvvəl uşaq idim, o isə artıq hamının tanıdığı Kolo Muani idi. İndi isə hər gün bir yerdə məşq edirik. Bu məni daha da çox çalışmağa ruhlandırır”.
PSJ-dən icarəyə götürülmüş fransalı hücumçu son müsahibəsində 20 yaşlı futbolçunun oyununa heyranlığını gizlətməyib.
“Yuventus” Kənan Yıldızla müqavilənin müddətini 2030-cu ilə qədər uzatmağı planlaşdırır və tərəflər artıq razılaşmağa yaxınlaşır.
Bizi Facebook-da izləyin