“Keçən mövsüm hamımız üçün çətin oldu, amma…” – Qrizmann
“Barselona”nın futbolçusu Antuan Qrizmann komandadakı gələcəyi və Lionel Messi ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunda qalacağını bildirən fransalı futbolçu, Messi ilə münasibəti barədə də danışıb:
“Karyerama “Barselona”da davam edəcəm. Burda çox yaxşıyam, klubun və baş məşqçinin güvəninə sahib olduğumu bilirəm. Keçən mövsüm hamımız üçün çətin oldu, amma indi yenidən başlayırıq.
Messi ilə münasibətim Kilian Mbappe ilə əlaqəmizə bənzəyir. Əvvəllər bir-birimizi anlamırdıq və vaxta ehtiyacım var idi. İndi isə Messi ilə hər şey qaydasındadır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin