Bekhem Qvardiolaya heyrandır

“İnter Mayami”nin həmsahibi Devid Bekhem İngiltərənin “Mançester Yunayted” klubu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, “Mançester Yunayted”in öncədən bütün oyunçuların həsəd apardığı komanda olduğunu bildirib:

“Erik ten Haqın təyinatı kluba yeni nəfəs verib. O, çətin qərarlar verməli idi. Lakin bunu elə etdi ki, azarkeşlər onu dəstəkləməyə başladılar. Keçmiş futbolçu, azarkeş kimi “Mançester Yunayted” üçün bütün işlərin həll edilməsini istəyirəm. Klub rəhbərliyi ilə bağlı qərar verilməlidir. Çox vacib, əhəmiyyətli işlər görülməli, dəyişikliklər edilməlidir. “Mançester Siti”də görülən işlərə baxın! Məsələ təkcə qələbələr qazanmaqda deyil. Görünür ki, “şəhərlilər”in rəhbərliyi 1-2 mövsüm üçün yox, gələcək üçün komanda qurur. Pep Qvardiolaya heyranam.

Biz (“Mançester Yunayted”) öncə zirvədə yer alırdıq, uğurlar qazanırdıq, bütün oyunçuların həsəd apardığı komanda idik. Yaxşı ki, mən oraya keçəndə mövcud olan cəlbedicilik xüsusiyyəti hələ də özünü qoruyub saxlayır. Onu daha da təkmilləşdirmək lazımdır. Rəhbərliklə bağlı qərar nə qədər tez qəbul edilsə, bir o qədər yaxşı olar”.

Qleyzer ailəsinin sahibi olduğu Mançester təmsilçisinin mümkün satışı ilə bağlı müxtəlif xəbərlər yayılıb.

Bekhem futbolçu kimi “Mançester Yunayted”də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button