Keçmiş “Qalatasaray”lı Super Liqada klubunu dəyişdi
“Sivasspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Türkiyə klubu Super Liqanın digər təmsilçisi “Kayserispor”dan Emrah Başsanı transfer edib.
31 yaşlı cinah oyunçusu ilə 2 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib
Başsan 2021-ci ilin yayından “Kayserispor”un uğurları üçün çalışırdı. Sağ cinah vingeri bu komandada 66 oyuna 10 qol vurub. O, daha öncə “Antalyaspor, “Ərzurumspor”, “Pendikspor”, “Fortuna Sittard”, “Rizəspor”, “Vitoriya Setubal” və “Qalatasaray” kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin