“Mourinyo təxminən 8 dəfə məni “satqın” adlandırdı”

“Roma”nın sabiq müdafiəçisi Rik Karsdorp keçmiş baş məşqçisi Joze Mourinyo ilə bağlı insident haqda danışıb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, niderlandlı futbolçu Mourinyonun ondan heç vaxt üzr istəmədiyini bildirib:

“Mourinyo heç vaxt üzr istəməyib, o, belə adam deyil. Onun mənimlə münasibət qurmağa çalışdığını hiss etdim, lakin o hadisədən sonra ondan uzaqlaşdım. Təxminən 8 dəfə paltardəyişmə otağında məni “satqın” adlandırdı. Yaxşı, mən buna dözməyə hazır idim, amma o, ictimaiyyətə açıqlama verməməli idi. Mən hələ də buna görə onu günahlandırıram.

Mourinyo ilə əvvəllər yaxın idik, ona görə də, onun davranışı məni təəccübləndirdi. Çox uzağa getdi. Mən bu münaqişədən sonra “Roma”dan ayrılmalıydım”.

Portuqaliyalı çalışdırıcı 2022-ci ilin noyabrında “Sassuolo” ilə matçdan sonra açıq şəkildə Karsdorpu “satqın” adlandırıb. O, niderlandlı futbolçunun adını çəkməsə də, ondan danışdığı açıq-aydın bilinirdi.

Karsdrop ötən yay PSV-yə keçib, Mourinyo isə yanvarda “Roma”dan qovulmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button