Kyellininin ən pis düşməni, ən yaxşı komanda yoldaşı
“Yuventus”un və İtaliya millisinin sabiq müdafiəçisi Corco Kyellini portuqaliyalı hücumçu Kriştiano Ronaldo haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq müdafiəçi portuqaliyalını ən yaxşı komanda yoldaşı adlandırıb:
“Kriştiano Ronaldo? Mənim ən pis düşmənim, ən yaxşı komanda yoldaşım”.
Kyellini 2018/21-ci illərdə Ronaldo ilə “Yuventus”da çıxış edib.
Futbolçu 2023-cü ilin dekabrında karyerasını bitirib. O, karyerası ərzində “Livorno”, “Fiorentina”, “Yuventus” və “Los Anceles” komandalarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin