“Transfer pəncərəsinin son günü olmasaydı, de Xea “Real”a keçərdi”
İngiltərənin “Mançester Yunayted” klubunun sabiq qapıçı məşqçisi Erik Stil komandanın qolkiperi David de Xea ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, 2015-ci ildə de Xeanın klubdan ayrılmaq istəməsinin səbəbinin Van Qal olduğunu bildirib:
“Van Qalın rəhbərliyi altında oynayarkən, de Xeanın komandadan niyə ayrılmaq istədiyini bilirdik. Onlar anlaşa bilmədilər, aralarındakı münasibət yaxşı deyildi. Transfer pəncərəsinin son günü olmasaydı, de Xea “Real”a keçərdi. Onun azarkeşlər və klubla bağlı problemi yox idi, amma meydandan kənarda nələrinsə baş verdiyi məlum idi. İndi isə hər şey fərqlidir, de Xea gülümsəyir, klub irəliləyir. Onun komandadan ayrılması üçün hansısa səbəb görmürəm”.
2015-ci ildə de Xea MY-dən “Real”a keçməyə yaxın idi. Lakin transfer pəncərəsinin son günündə sənədlərlə bağlı problem yarandığı üçün bu keçid baş tutmamışdı.
Bizi Facebook-da izləyin