Keçmiş baş məşqçisinə heyrandır

“Barselona”nın hücumçusu Ferran Torres “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola haqda danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, ispaniyalı mütəxəssisə heyran olduğunu deyib:

“Qvardiola futbol barədə çox şey bilən menecerlərdəndir. O, matçda nələrin olacağını söyləyə bilir. Mən buna heyran oldum”.

22 yaşlı futbolçu 2022-ci ilin qışında “Mançester Siti”dən Kataloniya klubuna keçib.

Torres cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 28 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button