Keçmiş komandasının məğlubiyyətini şərh etdi
Keçmiş futbolçu Patrik Vieyra İngiltərə Premyer Liqasının 36-cı turunun “Arsenal” – “Brayton” (0:3) oyununu şərh edib.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, cari mövsümdə paytaxt təmsilçisinin çıxışından söz açıb:
“Arsenal” 2022/23 mövsümündə irəliyə doğru addım atıb. Əvvəlki illərdə “topçular”ın mövsümün sonuna qədər “Mançester Siti” üçün problem yaradacağına kim inanardı?
Onlar bu gün qeydə alınan məğlubiyyətlə hansı istiqamətdə səhvlər etdiklərini görə bilərlər. Son oyunu fərqli təzyiq altında keçirdilər. Çünki onların qələbə qazanacağı gözlənilirdi”.
“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlində 81 xalla ikinci, “Brayton” isə 58 xalla altıncı pillədə yer alır. Lider isə “Mançester Siti”dir – 85 xal.
Patrik Vieyra futbolçu kimi 1996-2005-ci illərdə “Arsenal”da çıxış edib.
Bizi Facebook-da izləyin