Keçmiş komanda yoldaşı Hazard haqda: “Həyatımda gördüyüm ən tənbəl futbolçudur”
“Çelsi”nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel keçmiş komanda yoldaşı Eden Hazardı məşqlərə münasibətinə görə tənqid edib.
Komanda.az “Dubai Eye Radio”-ya istinadən xəbər verir ki, Obi Mikel, belçikalının həyatında gördüyü ən tənbəl futbolçu olduğunu deyib:
“Hər kəs həftə sonu start heyətində olmaq istəyir ki, “bu gün məşq etmək istəmirəm” deməsinlər. Bunu edən və ondan qurtulan yeganə oyunçu Eden Hazard idi. Heç vaxt məşq etməyib. Ən pis futbolçu o idi. Həyatımda gördüyüm ən tənbəl futbolçu! Ancaq sonra həftə sonu gəldi və o, matçın adamı oldu”.
Hazard 2012-2019-cu illərdə, Obi Mikel isə 2006-2017-ci illərdə “Çelsi”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin