Di Mariya keçmiş klubuna qayıda bilər
“Yuventus”un yarımmüdafiəçisi Anxel di Mariya “Benfika”ya qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya klubu yayda keçmiş futbolçusunu geri qaytarmaq niyyətindədir. Onlar argentinalını azad agent kimi heyətə cəlb etmək istəyirlər.
Di Mariyanın Turin klubu ilə müqaviləsi iyun ayının sonunda başa çatacaq.
“Benfika” Anxel di Mariya üçün hələlik “qoca sinyora” ilə danışıqlara başlamayıb. Amma yaxın vaxtlarda onların İtaliya klubu ilə əlaqə saxlayacağı bildirilir.
Di Mariya cari mövsümdə “Yuventus”un heyətində 39 oyuna çıxıb, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
O, karyerası ərzində “Benfika” (2007-2010), “Real” (2010-2014), “Mançester Yunayted” (2014-2015), PSJ (2015-2022) kimi klublarda çıxış edib.
Bizi Facebook-da izləyin