Reşford keçmiş futbolçunu şoka salıb

“Mançester Yunayted”in keçmiş kapitanı Roy Kin “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşfordu “Arsenal”la matçdakı çıxışına görə tənqid edib. Ruben Amorimin komandası bu oyunda 0:2 hesabı ilə məğlub olub.

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, irlandiyalı keçmiş futbolçu, Reşfordun ifasının onu şoka saldığını bildirib:

“Heç kim fərq etmədiyi təqdirdə, bunu demək istəyirəm: Reşford meydanda idi. Onun oyunu məni şoka salır. Başına bax, bu nə idi? Baxmayaraq ki, “Mançester Yunayted” bu görüşdə heç nəyə layiq deyildi”.

“Topçular” bu oyundan sonra 28 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” isə 19 xalla 12-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button