Sabiq futbolçu Hoylundu tənqid etdi: “Onda futbol zəkası görmürəm”

“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin Premyer Liqanın 37-ci turunda “Çelsi”yə qarşı keçirilən oyunda komandanın hücumçusu Rasmus Hoylundun çıxışını sərt tənqid edib.

“Qırmızı şeytanlar” “Stemford Bric”də rəqibinə 0:1 hesabı ilə uduzub.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Hoylundun lazım olan şəkildə çalışmadığını bildirib:

“Rasmus elə təsir bağışlayır ki, sanki futbol akademiyasından yenicə çıxıb. O, lazım olan şəkildə çalışmır. Nə qaçışlar var, nə boş zonalara çıxmaq, nə də reaksiya… Mən onda futbol zəkası görmürəm. Özünə qol imkanı yaratmaq bacarığı yoxdur, halbuki top-klubların digər hücumçuları bunu edə bilir. O, oyununu mütləq inkişaf etdirməlidir”.

22 yaşlı danimarkalı futbolçu cari Premyer Liqa mövsümündə 31 oyunda meydana çıxıb və cəmi 4 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button