“Buyurun, Harri, uçmaq vaxtıdır” – FOTO
“Nyukasl”ın keçmiş futbolçusu Alan Şirer “Tottenhem”in hücumçusu Harri Keynin “Bayern”ə mümkün gedişinə yumorla reaksiya verib.
Komanda.az xəbər verir ki, Şirer bununla bağlı “tvitter” hesabında paylaşım edib. O, təyyarənin yanında, pilot formasında olan fotosunu paylaşaraq, belə yazıb:
“Buyurun, Harri, uçmaq vaxtıdır!”
Şirer 260 qolla Premyer Liqa tarixinin bombardiridir. 213 qola malik Keyn isə ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin