Keçmiş həyat yoldaşı Regekampfın “Neftçi”dən qovulmasını xahiş etdi

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan Azərbaycan klubunun rəhbərliyinə müraciət edib.

Komanda.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, sabiq futbol agenti rumıniyalı mütəxəssisin istefaya göndərilməsini istəyib.

Buna Prodanın Buxarestdəki evində 47 yaşlı baş məşqçinin fiziki zorakılığına məruz qalması səbəb olub. İddiaya görə, insident nəticəsində hər iki şəxs xəsarət alb və ilkin tibbi yardıma ehtiyac duyulub. Hüquq mühafizə orqanlarının hadisə ilə bağlı araşdırmalara başladığı bildirilib. Tərəflər arasında münaqişənin səbəbləri araşdırılır.

Prodan zorakılığı əks etdirən videonu “Neftçi”nin elektron ünvanına göndərərək, keçmiş ərinin qovulmasını xahiş edib. Hələlik “ağ-qaralar” məsələ ilə bağlı açıqlama verməyib.

Regekampf 2008-2021-ci illər aralığında Anamariya Prodanla ailəli olub. Onların bir övladı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button