Keçmiş futbolçunu idman direktoru postuna gətirməyə hazırlaşırlar

“Bayern”in keçmiş yarımmüdafiəçisi Bastian Şvaynştayger klubun yeni idman direktoru olmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “Abendzeitung” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Bayern”in rəhbərliyi hazırkı idman direktoru Hasan Salihamiciçin işindən narazıdır. Onun gələcək taleyi ilə bağlı məsələ klubun Oliver Kanın direktorlar şurasının sədri vəzifəsindən azad edilməsi barədə düşünəcəyi vaxt həll oluna bilər.

38 yaşlı Şvaynştayger idman direktoru vəzifəsinə əsas namizədlərdən biridir.

“Bayern”in sabiq futbolçusu özü də klubda yeni vəzifədə olmağın əleyhinə deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button