
Keçmiş futbolçu “Milan”dan ayrılan baş məşqçiyə təşəkkür etdi
“Milan”ın artıq yeni baş məşqçisi var, portuqaliyalı mütəxəssis Paulo Fonseka istefa verib, onun yerini həmyerlisi Serjio Konseysao tutub.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, “Milan”ın keçmiş futbolçusu Antonio Kassano bu məsələ ilə bağlı açıqlama verib. O, əvvəllər Fonsekanı sevməsə də, indi ona təşəkkür etmək fikrinə düşüb:
“Fonsekaya şəxsən təşəkkür etməliyəm, o, yaxşı məşqçidir və görünür, həm də yaxşı insandır. Mən həmişə onun tərəfində olacam. Cəsarətli qərarlar verdi və düzgün hərəkət etdi”.
Kassano futbolçu karyerasını 2017-ci ildə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin