Keçmiş futbolçu “Vilyarreal”ı ölüylə müqayisə etdi

“Liverpul”un sabiq futbolçusu Maykl Ouen Çempionlar Liqasının yarımfinalının ilk oyununda keçmiş komandasının “Vilyarreal” üzərindəki qələbəsini (2:0) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli keçmiş hücumçu “Vilyarreal”ı ölüyə bənzədib:

“Vilyarreal”ın nəbzi var – o, ölüdən daha canlıdır. “Vilyarreal” bəlkə də, İspaniyada tez qol vursa, mübarizəni davam etdirəcək.

“Liverpul” sözün əsl mənasında rəqibi udur. Meydanı tərk edən “Vilyarreal”ın oyunçuları yəqin ki, təəccüblənmişdilər ki, “bu nə idi?”

“Liverpul”la “Vilyarreal” arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək. Qarşılaşma saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button