Keçmiş futbolçu ukraynalıya qarşı hərəkəti “axmaqlıq” adlandırdı

“Arsenal”ın keçmiş hücumçusu Yan Rayt “topçular”ın azarkeşlərinin “Çelsi” ilə keçirilən son matçda (3:1) rəqibin ukraynalı yarımmüdafiəçisi Mixail Mudrikin üzünə lazerlə işıq salmasını axmaqlıq adlandırıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçmiş futbolçu, Mudrikin düzgün məşqçi ilə uğura nail ola biləcəyini də deyib:

“Mudrikə lazer göstərmək çox kiçik hərəkətdir və axmaqlıqdır. Topu qəbul edən və onunla yaxşı davranan Mudrikə baxanda başa düşürsən ki, bu oğlan düzgün məşqçi ilə nəyəsə nail ola bilər”.

Matçdan sonra “Arsenal” rəsmi açıqlama yayaraq, azarkeşlərin Mudrikə qarşı hərəkətini pisləyib. Lazerdən istifadə edən azarkeşin özü isə polis tərəfindən həbs edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button