Keçmiş futbolçu Ronaldonu məktəbliyə bənzətdi
İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker AÇ-2024-ün 1/8 finalında Sloveniya ilə matçda (0:0, 3:0 penaltilər) penaltini qaçıran portuqaliyalı hücumçu Kriştiano Ronaldonun emosional sarsıntısından danışıb.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, Ronaldonun hərəkətinin heç bir şey olmadığı halda məktəblinin davranışına bənzədiyini bildirib:
“Onun komandası uduzmurdu, hələ mübarizə aparacaq bir şey var idi. Bunu demək istəməzdim, amma Ronaldonun hərəkəti heç bir şey olmadığı halda məktəblinin davranışına bənzəyirdi”.
39 yaşlı futbolçu Avropa çempionatında 4 oyun keçirib və cəmi bir məhsuldar ötürmə edib. Portuqaliya yığması 1/4 finalda Fransa ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin