Keçmiş futbolçu Ronaldonu qoca aslana bənzətdi

“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun AÇ-2024-ün 1/8 finalında Sloveniya ilə matçda (0:0, 3:0 penaltilər) çıxışından danışıb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ingiltərərli keçmiş futbolçu, Ronaldonu bir aslan kimi gördüyünü bildirib:

“Onun əzmkarlığına hörmət etdiz? Yoxsa yazığınız gəldi? Sizə elə gəldi ki, Ronaldo həmişə mərkəzi fiqur olmaq istəyir? Bənzər bir şey hiss etdim. Amma mən başqa bir şey də gördüm: bir aslan gördüm. Bəli, döyülmüş və əzilmiş, pəncələrinin ucları ilə qürurun başına yapışmış, bu vəziyyətdən çıxa bilməyən və ya buraxmaq istəməyən qoca bir aslan”.

Portuqaliya millisi AÇ-2024-ün 1/4 final mərhələsində bu gün Fransa yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button