
Sabiq futbolçu PSJ-nin qapıçılarını müqayisə etdi
Fransa yığmasının sabiq futbolçusu Vensan Kandela PSJ-də qapıçılar arasında gedən rəqabətdən danışıb.
Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, fransalı keçmiş müdafiəçi, çox şeyin baş məşqçinin baxışından asılı olduğunu bildirib:
“Matvey Safonov artıq Canluici Donnarumma ilə yarışda qalib gəlir. Bununla belə, italiyalı qolkiperin böyük təcrübəsi var və onu ehtiyat oyunçular skamyasına qoymaq o qədər də asan deyil. Ancaq yenə də, çox şey baş məşqçinin baxışından asılıdır”.
Safonov 2029-cu ilin ortalarına qədər olan müqavilə bağlayaraq, ötən ilin yayında Paris klubunun sıralarına qoşulub. Rusiyalı qapıçının transferi Liqa 1 çempionuna 20 milyon avroya başa gəlib.
25 yaşlı qapıçı cari mövsümdə Liqa 1-də Paris komandasının 3 oyununda iştirak edib və 2 qol buraxıb.
Bizi Facebook-da izləyin