
Sabiq futbolçudan oyununda eniş yaşanan Palmerə dəstək sözləri
“Çelsi”nin sabiq hücumçusu Demba Ba keçmiş komandasının yarımmüdafiəçisi Koul Palmerin oyununda yaranmış enişlə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Chelsea News”-a istinadən xəbər verir ki, o, Palmerin hələ geniş təcrübəyə sahib olmadığını və futbolda isə çətin dövrlərin yaşandığını vurğulayıb:
“Palmerin hələ geniş təcrübəsi yoxdur. Futbolda isə çətin anlar olur. Komandada oxşar vəziyyətlərdə olmuş təcrübəli oyunçu olsaydı, o, mütləq Palmerə kömək edər və onu düzgün istiqamətləndirərdi. Belə oyunçularla “fırtına”nı aşmaq mümkündür”.
22 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 32 oyunda iştirak edib, 14 qol vurub (3-ü penaltidən) və 8 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin