Keçmiş futbolçu: “Neftçi” çox pis oynadı”
Rusiyanın “Zenit” klubunun sabiq futbolçusu Sergey Vedeneyev “Neftçi”nin “Match TV” kubokunda Sankt-Peterburq təmsilçisinə qarşı oyunu (1:3) barədə danışıb.
Komanda.az “RB Sport” nəşrinə istinadən xəbər verir ki, Vedeneyev “Neftçi”nin çox pis oynadığını deyib:
“Neftçi” çox pis oynadı. Aşkar təzyiq altında idilər və belə vəziyyətdə güclü rəqiblərə qarşı oynamaq çətindir”.
Sabiq müdafiəçi bildirib ki, “ağ-qaralar”ın 4-5 futbolçu ilə hücuma keçməyə belə, gücü çatmırdı:
“Hər iki hissədə müdafiə olundular. “Zenit”də isə hər şey alınırdı”.
“Neftçi” turnirdə növbəti matçını iyulun 8-də Serbiyanın “Srvena Zvezda”, 15-də isə Türkiyənin “Fənərbaxça” klubuna qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin