“Mançester Yunayted”in bütün direktorlarını Maktomineyi satdıqlarına görə həbs edərdim”

“Vest Hem”in keçmiş hücumçusu Paolo di Kanio “Mançester Yunayted” rəhbərliyini “Napoli”yə keçən yarımmüdafiəçi Skott Maktomineyi yayda satdığına görə tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, İngiltərə klubunun belə bir oyunçunu buraxdığına inana bilmir:

“Mançester Yunayted”in bütün direktorlarını Maktomineyi satdıqlarına görə həbs edərdim. Belə bir oyunçunu necə buraxa bilərdilər?”

Maktominey cari İtaliya A Seriyasında 4 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 27 yaşlı şotlandiyalı yarımmüdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasını 7 qolla başa vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button