Keçmiş futbolçu Camalı müdafiə etdi

Almaniya millisinin keçmiş futbolçusu Lotar Matteus Camal Musialanı müdafiə edib.

Keçmiş futbolçu Ditmar Hamann bu yaxınlarda “Bayern”in və Almaniya millisinin 21 yaşlı yarımmüdafiəçisini eqoist oyun tərzində ittiham etmişdi. Matteus vəziyyətə tamam başqa cür baxır.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu, Musialanın eqoist olmadığını bildirib:

“Ditmar açıqlamaları ilə ziddiyyət təşkil etməyi xoşlayır. Mənim üçün bu, qətiyyən belə deyil. Musiala fərdiyyətçi deyil, yox. Birə-bir mübarizələr zamanı bunu edir, həm də, sərbəst komanda yoldaşlarını görür.

Camal meydanda heç nədən qaçmır, hətta ikili mübarizələrdən belə çəkinmir. O, qətiyyən eqoist deyil, komanda üçün çox çalışır. Belə oyunçunun meydanda müəyyən azadlığı olmalıdır və o, bunu məqsədəuyğun hesab edəndə ondan istifadə edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button