Keçmiş futbolçu “Mançester Yunayted”in transferlərini təriflədi
Keçmiş futbolçu Rio Ferdinand “Mançester Yunayted”in transferlərini tərifləyib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın keçmiş müdafiəçisi Ferdinand yeni transferlərlə bağlı fikirlərini bölüşüb:
“Klub özünü qətiyyətli apardı. Onların məqsədləri var idi və bunu tez həyata keçirdilər. Keçmiş illərdə hər hansı transfer dastana çevriləndə, həmişə “olmayacaq” ssenarisi olanda belə şey yox idi. Və indi yeni bir şey. Klub Harri Keyni ala bilməyəcəyini və ya bunun uzun bir dastan olacağını tez başa düşdü. Ona görə ki, bunun heç bir mənası yox idi. Bu yanaşmanı bəyənirəm.
Rasmus Hoylund məsələsində də gördüklərimi bəyənirəm. O, yaxşı oyunçuda olan istədiyiniz bütün keyfiyyətlərə malikdir: çevik, sürətli, aqressivdir və qol vura bilir. Bonus odur ki, o, “Mançester Yunayted” fanatı kimi görünür. O, gənc oyunçudur və ona vaxt vermək lazımdır”.
İngiltərə klubu bu yay “İnter”in qapıçısı Andre Onananı, “Çelsi”nin yarımmüdafiəçisi Meyson Mauntu alıb və “Atalanta”nın hücumçusu Rasmus Hoyundu transfer etməyə yaxındır.
Bizi Facebook-da izləyin