
Sabiq futbolçu “Mançester Yunayted”in kapitanını təriflədi
“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz kapitan Bruno Fernandesin komanda üçün əhəmiyyətindən danışıb.
Portuqaliyalı futbolçu het-trik edərək, Avropa Liqasının 1/8 final mərhələsinin “Real Sosyedad”la cavab matçının qəhrəmanına çevrilib. Ruben Amorimin yetirmələri 4:1 hesabı ilə qalib gələrək (ilk oyun 1:1), növbəti mərhələyə yüksəliblər.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli keçmiş oyunçu, Fernandesin son altı-yeddi həftədə tamamilə parlaq olduğunu bildirib:
“Fernandes son altı və ya yeddi həftədə tamamilə parlaq idi. O, indi əvvəlki kimi “10 nömrə” oynamır, bir az daha dərindən çıxış edir və bu, komandanı özü ilə aparmağa kömək edir”.
Fernandes bu mövsüm “Mançester Yunayted”in heyətində 43 oyunda 15 qol vurub, 13 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin



