Keçmiş futbolçu “Mançester Yunayted”i “orta səviyyəli komanda” adlandırdı

“Mançester Yunayted”in keçmiş kapitanı və yarımmüdafiəçisi Roy Kin “qırmızı şeytanlar”ın səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, “Mançester Yunayted”in hazırda orta səviyyəli komanda olduğunu bildirib:

“Hazırda “Mançester Yunayted” Premyer Liqanın orta səviyyəli komandalarından biridir. Bir çox komanda “qırmızı şeytanlar”dan daha yaxşıdır. Komandanıın qarşısında uzun bir yol var. Yeni baş məşqçini ciddi iş gözləyir. Ümid edirəm ki, onlar hər şeyin öhdəsindən gələ biləcəklər”.

Hazırda komandanın baş məşqçi vəzifəsini portuqaliyalı mütəxəssis Ruben Amorim icra edir.

MY Premyer Liqanın 12-ci turu çərçivəsində səfərdə “İpsviç”lə 1:1 hesablı heç-heçə edib. Bu oyundan sonra “Mançester Yunayted” 16 xal toplayaraq turnir cədvəlində 12-ci yeri tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button