Ouen “Mançester Siti”nin çempion olmayacağını düşünür

İngiltərə millisinin sabiq hücumçusu, “Liverpul”un və “Real”ın keçmiş futbolçusu Maykl Ouen növbəti Premyer Liqa mövsümündə “Mançester Siti”nin çempionluq şanslarını aşağı qiymətləndirib.

Komanda.az xəbər verir ki, o, “Metro” nəşrinə açıqlamasında bunları deyib:

“Komandada çoxlu dəyişikliklər baş verib. Heyət demək olar ki, tamamilə yenilənib və indiki “şəhərlilər”i tanımaq olmur. Onların bir-birinə uyğunlaşması üçün zamana ehtiyacı var. Məncə, qarşıdakı mövsümdə çempion olmayacaqlar”.

Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” 2024/25 mövsümündə Premyer Liqanı turnir cədvəlinin 3-cü pilləsində başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button