“Klopp da “mənə 200-250 milyon funt-sterlinq lazımdır” deyə bilər” – Karrager

“Liverpul”un keçmiş futbolçusu Cimi Karrager Mersisayd təmsilçisinin transfer siyasəti haqda fikirlərini bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, İngiltərə klubunun Premyer Liqadakı rəqiblərinin transferlərə ayırdığı büdcədən danışıb:

“Düşünürəm ki, Yurgen Klopp da “Liverpul”un sahiblərinə “mənə yayda transferlərə xərcləmək üçün 200-250 milyon funt-sterlinq lazımdır” deyə bilər. Qeyri-adi rəqəm kimi səslənə bilər. Lakin bu, “Mançester Yunayted” və “Çelsi”nin keçən yay transferlərə xərclədiyi məbləğdir. Eyni zamanda, bu, “Liverpul”un rəqabət apardığı klubların xərclədiyi puldur”.

“Liverpul” İngiltərə Liqa kubokunun 1/8 final mərhələsində “Mançester Siti”yə uduzaraq (2:3), mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button