Keçmiş futbolçu Leaonu yenə tənqid etdi
İtaliyalı keçmiş hücumçu Antonio Kassano, “Milan”ın oyunçuları Rafael Leao və Teo Hernandesi tənqid etməyə davam edir.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, onların komanda üçün faydasız olduğunu bildirərək, “Milan”ın baş məşqçisi Paulo Fonsekaya tədbir görməyi və ictimaiyyəti aldatmağı dayandırmağı tövsiyə edib:
“Məncə, Hernandes və Leao “Milan” üçün problem yaradırlar. Fonseka skudetto haqqında danışanda, buna həqiqətən inanırmı, yoxsa, sadəcə oyunçuları daha çox çalışmağa məcbur etmək istəyir?”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin