“Konteni yox, Spalettini millinin “sükanı arxasında” görürəm” – Keçmiş futbolçu
“İnter”in keçmiş futbolçusu Cüzeppe Berqomi italiyalı mütəxəssis Antonio Konte barədə fikirlərini bölüşüb.
Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, o, Konteni millinin çalışdırıcısı kimi görmədiyini söyləyib:
“O, öncədən milli komandanı çalışdırıb. Gəlin, AÇ-2016-nı xatırlayaq: Kontenin qurduğu komanda Roberto Mançininin yetirmələrindən güclü deyildi.
Açığı, Konteni yox, Luçano Spalettini millinin “sükanı arxasında” görürəm. Əvvəldən yığmada çalışan məşqçilərin yenidən geri qayıtması İtaliyaya həmişə zərər verib”.
Roberto Mançininin İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığı yaşadığı üçün millidəki postunu tərk etdiyi bildirilir.
İtaliya milli komandasının yeni baş məşqçisinin adı qarşıdakı günlərdə açıqlanacaq. Hazırda bu posta ən real namizəd “Napoli”nin sabiq baş məşqçisi Luçano Spalettidir.
Bizi Facebook-da izləyin