AÇ-2024: “İspanlar fransızları əks-hücuma keçməyə məcbur etdilər”
Fransa millisinin sabiq müdafiəçisi Biksant Lizarazyu Avropa çempionatının yarımfinalında yığma komandanın İspaniyaya məğlubiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, fransalı keçmiş futbolçu, UEFA-nın mətbuat xidmətinə açıqlamasında bunları deyib:
“Fransa millisi oyunun əvvəlində hücumdan maksimum yararlandı. Lakin sonra rəqib Lamin Yamal və Olmonun səyləri sayəsində matçın gedişini dəyişdi. İspanlar oyunun tempini qoruyub-saxlaya bildilər və fransızları əks-hücuma keçməyə məcbur etdilər”.
Qarşılaşma İspaniya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa çempionatının ikinci yarımfinalında Niderland və İngiltərə milliləri üz-üzə gələcək. Qarşılaşmaya bu gün saat 23-00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin