Keçmiş futbolçu Azərbaycanla oyun haqda: “Aşağı səviyyəli komandaların müdafiə xəttini dağıtmaq daha çətindir”
İrlandiya millisinin keçmiş futbolçusu Con Oşi Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə mərhələ oyunundan əvvəl açıqlama verib.
Komanda.az xəbər verir ki, keçmiş müdafiəçi “The Sun” nəşrinə açıqlamasında bunları deyib:
“Milli komanda üçün səfərdə qələbə qazanmaq çətindir. Yığmamız qarşıdakı oyunda rəqibindən daha yaxşı olduğunu göstərməlidir. Futbolçular həm fərdi, həm də kollektiv şəkildə özlərinə güvənməlidirlər.
Səfərdə oynadığınız zaman mütləq təzyiqlə üzləşirsən və bundan qurtulmağa məcbursan. Aşağı səviyyəli komandaların müdafiə xəttini dağıtmaq daha çətindir. Futbolda ən çətin iş qol vurmaqdır”.
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin