Keçmiş futbolçu avtomobil qəzasında öldü
Serbiyanın “Partizan” klubunun sabiq futbolçusu və baş məşqçisi Miodraq Yeşiç dünyasını dəyişib.
Komanda.az xəbər verir ki, 64 yaşlı mütəxəssis avtomobil qəzasında ölüb.
Bu barədə Belqrad klubunun rəsmi saytı məlumat yayıb. Yeşiçin idarə etdiyi maşın qarşı tərəfədən gələn nəqliyyat vasitəsilə toqquşub. Baş məşqçi hadisə yerində keçinib.
Xatırladaq ki, Miodraq Yeşiç məşqçilik karyerası ərzində 30-a yaxın kluba rəhbərlik edib. O, futbolçu karyerası dönəmində isə “Partizan”la yanaşı, Türkiyənin “Altay” və “Trabzonspor” klublarının formasını geyinib, həmçinin Yuqoslaviya yığmasının uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin