
Sabiq futbolçu “Arsenal”ı danimarkalı hücumçuya görə qınadı
“Arsenal”ın keçmiş futbolçusu Yan Rayt hücumçu Mika Biretin London klubundan gedişi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, danimarkalı futbolçunun vaxtı ilə satılmamalı olduğunu düşünür:
“Düzünü desəm, Biretin satılmalı olduğunu düşünmürəm. “Arsenal”ın öz planları olmalı idi və oyunçu bunu bilirdi. Klub baxımından bu, məyusedici bir vəziyyətdir, amma Biret üçün həqiqətən xoşbəxtəm”.
“Arsenal” forvardı 2024-cü ilin yayında “Şturm”a satıb. Oyunçu tez bir zamanda özünü yeni klubda təsdiqləyib, buna görə də altı aydan sonra o, “Monako”ya keçib. Biret burada da 13 matçda 12 qol vurmağı bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



