Keçmiş baş məşqçisi “Real”ı məhkəməyə verdi

“Real”ın keçmiş baş məşqçisi Xulen Lopeteqi müqaviləsinin pozulması qarşılığında klubdan kompensasiya olaraq 28 milyon avro tələb edib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis sabiq komandası ilə məhkəmə çəkişməsinə başlayıb. O, klubla ötən yay 3 illik müqavilə bağlamışdı. 

“Real” Lopeteqini 2018-ci ilin oktyabrında istefaya göndərib. O, “kral klubu”nda cəmi 4 ay duruş gətirib. Lopeteqinin rəhbərliyi altında Madrid komandası son 17 ildə ilk dəfə La Liqada 8-ci pillədən aşağı düşüb, son oyununda isə “Barselona”ya 1:5 hesabı ilə uduzub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button