Monteneqrolu mütəxəssis erməni əsilli futbolçu haqda: “İndi hər şey ondan asılıdır”
Rusiyanın bir sıra klublarının baş məşqçisi olmuş Miodraq Bojoviç yarımmüdafiəçi Arsen Zaxaryanın “Real Sosyedad”a keçidi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, monteneqrolu mütəxəssis, erməni əsilli rusiyalı futbolçunun keçidinin digər rus oyunçular üçün də yol açacağını söyləyib:
“O, yaxşı oyunçudur və transferi yaxşı idi. İndi hər şey ondan asılıdır. Oyunçunun beynində hər şey yaxşıdırsa, çalışacaq və bir az da bəxti gətirəcək, o zaman tez zamanda daha güclü kluba keçə bilər. Belə bir keçid digər rusiyalı futbolçulara da yol aça bilər”.
İspaniya klubu avqustun 19-da Zaxaryanın transferini açıqlayıb. 20 yaşlı futbolçu “Real Sosyedad”la 2028/29 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin