Kapellonun Çempionlar Liqasındakı favoritləri

İtaliya millisinin sabiq baş məşqçisi Fabio Kapello bu mövsüm Çempionlar Liqasının favoritlərini açıqlayıb. 

Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin de Bruynenin çıxışına da heyran olduğunu bildirib:

“Favoritlərdən danışırqsa, onlardan ikisinin adını çəkə bilərəm. Təbii ki, bunlar “Mançester Siti” və “Real”dır. “Şəhərlilər”in lideri Kevin de Bruyne geri qayıdıb. O, həmişə fərq yaradan oyunçudur. Niyə mən belçikalını xüsusi qeyd edirəm? Erlinq Haland müntəzəm olaraq qol vurduğu üçün “Mançester Siti”yə əhəmiyyətli dərəcədə təsir edir. Amma De Bruyne ən çətin anda fövqəladə nəsə fikirləşə bilən və çətin vəziyyətdən çıxış yolu tapa bilən oyunçudur”.

Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” “Kopenhagen”, “Real” isə “Leyptsiq”lə mübarizə aparacaq.

77 yaşlı mütəxəssis “Milan”, “Real”, “Roma”, “Yuventus”, “Tsyansu Sunin” klubları ilə yanaşı, İngiltərə və Rusiya yığmasını da çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button